2021-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft hasilatı 610 min barel (mayda 586 min barel) təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 705,1 min barel olub. Bunun 610 min barelini xam neft, 95,1 min barelini isə kondensat təşkil edib”, - nazirlikdən qeyd olunur.
2021-ci ilin iyun ayına eft hasilatı üzrə Azərbaycanın kvotası gündəlik 610 min barel tə.kil edib. Beləliklə, Azərbaycan iyun ayında OPEC+ razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 100% yerinə yetirib.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan neft hasilatını (kondensat nəzərə alınmadan) 2018-ci ilin oktyabr göstəricisindən, yəni 718 min bareldən azaltmağı öhdəsinə götürüb.
“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərara əsasən, ölkədə gündəlik xam neft istehsalı mayda 603 min barel, iyunda 610 min barel, iyulda isə 620 min barel həcmində saxlanılacaq.**
A.Salayeva