Rusiya əyləncə mərkəzi qarşısında qumbaranın partladılmasında şübhəli bilinən Azərbaycan vətəndaşını Almaniya tərəfinə təhvil verib. Bu barədə RF DİN-in rəsmisi İrina Volk jurnalistlərə məlumat verib.
“Bu gün Moskvanın M.V.Lomonosov adına Domodedovo aeroportunda Azərbaycan Respublikasının vətəndaşı, həmçinin Elşad Güləmirzəyev kimi tanınan Elşad Əzizovun Almaniya Federativ Respublikanın hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsi baş tutub”, - Volk bildirib.
“Almaniyanın Saarbryukken şəhərinin polis komisariatının sorğusu əsasında həmin şəxs beynəlxalq axtarışda olub”, - o vurğulayıb. **