Ermənistanda feyklərin, xüsusilə tarixi feyklərin ifşa edilməsi ilə məşğul olan “VMedia” Youtube kanalında yeni video yerləşdirilib.
“Əvvəlcə coğrafiyaçılar və xəritəçilər Asiyanın regionlarından birini Ermənistan dalandırıblar. Öncə bu sadəcə Asiya regionu olub. Orada yerləşən hər kəsi isə istisnasız ermənilər adlnadırıblar. Eyni zamanda, həmin Ermənistanda məskunlaşanların əksəriyyəti müsəlmanlar idi. İnsan sadəcə yaşayır və onu erməni adlandırırlar”, - Youtube kanalı həmin videoda rusiyalı alim və erməni əsilli tarixçi Filipp Ekozyantsın sözlərindən sitat gətirir.
Ekozyantsın sözlərinə görə, daha sonra xristian sektasını ermənilər adlandırmağa başladılar. “Və Ermənistan regionundan xristian Ermənistan dövləti yaratmağa çalışdılar”, - tarixçi iddia edir.
Kanal qeyd edir ki, qədim zamanlarda ölkəni adını hər hansı müasir ölkə ilə qarışıq salınması misalları tarixdə kifayət qədərdir. Misal üçün, Volqa Bulqariyasının müasir Bolqarıstana heç bir aidiyyəti yoxdur. Necə ki, hazırki Albaniya qədim zamanlarda mövcud olan Qafqaz Albaniyası ilə heç bir vəchlə əlaqəli deyil, Qobustanda qayalarda “Qermanik” yazısı isə buradan almanların keçdiyi anlamına gəlmir.
Bir zamanlar tanınmış riyaziyatçı Rene Dekart deyib: “Sözlərin mənasını dəqiqləşdirin və siz bəşəriyyəti yanlışların yarısından azad edəcəksiniz”.
Söhbət tarix və keçmişdə baş verən hadisələr barədə getdiyi zaman isə bu cüsusilə vacibdir.
“Bütün bunları nəzərə alaraq, Ekozyants ermənilərə özlərinə kənardan baxmağı təklif edir. Bəlkə bundan sonra ermənilər “ən qədim millət”, “ilk xristian dövləti” barədə söhbətlərə son qoyacaqlar və nəhayət, erməni millətçiləri qonşu dövlətlərə qarşı işğalçı, təcavüzkar siyasəti yenidən nəzərdən keçirəcəklər”, - “VMedia” Youtube kanalı vurğulayır. **
X.Nəsirzadə