Azərbaycanda təxminən 1,7 milyon nəfər koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
İyulun 11-nə olan məlumata görə, 2 milyon 474,911 min nəfər birinci, 1 milyon 633,039 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 4 milyon 107,950 min təşkil edir.
2021-ci il mayın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 133,078 min nəfərdir. Beləliklə, əhalinin 16,1%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.**
A.Salayeva