Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində“MİDA” MMC Bakı şəhəri, Nərimanov rayonu,Süleyman Rüstəm küçəsi 31 ünvanında yerləşən ofis binasının yenidən qurulması üzrə əlavə işlərə “Torma” MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, MİDA “Torma” MMC ilə 3 milyon 877 min 677,69 manat dəyərində müqavilə bağlayıb.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıtda 2, Gəncədə 1 yaşayış kompleksinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.*
N.Abbasova