Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% artıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“DSMF-nin gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21% (57 milyon manat) artaraq 2 milyard 614,2 milyon manat təşkil edib”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88% (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat olub.
Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54%, qeyri-büdcə sektoru üzrə 114,42% icra edilib.*
X.Nəsirzadə