Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 25 min 596,78 ton AI-92 markalı avtomobil benzini ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Benzin ixracının həcmi dəyər ifadəsində $13 milyon 296,87 min (artım 4 dəfə) təşkil edib.
“İxracın bütün həcmi may ayının payına düşüb. Bu dövrdə AI-92 markalı benzinin əsas həcmi - 25 min 585,3 ton ($13 milyon 291,56 min dəyərində) Cəbəllütariqə (ötən ilin analoji dövründə ixrac həyata keçirilməyib), çox az həcm isə Gürcüstana göndərilib”, - deyə hökumətdən bildiriblər.
2021-ci ilin yanvar-may aylarında Azərbaycanda 478,7 min ton (azalma 5,4%) avtomobil benzini istehsal edilib. 1 iyun 2021-ci il tarixinə Bakı Neft Emalı Zavodunun (BNEZ) anbarlarında 76,6 min ton hazır avtomobil benzini ehtiyatı olub.
2020-ci ildə Azərbaycan $14 milyon 146,3 min dəyərində 64 min 134,1 ton AI-92 markalı avtomobil benzini ixrac edib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini yalnız BNEZ-də istehsal olunur.*
N.Abbasova