Azərbaycan Sahibkarlar Konfederasiyasında Beynəlxalq Biznes Forumunun (İnternational Business Forum – İBF) rəhbəri və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) qurucu prezidenti Erol Yararın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konfederasiyanın saytında verilən məlumata görə, Erol Yarar Türkiyə iş adamlarının Azərbaycanda gələcək fəaliyyəti üçün 5 strateji sektorun nəzərdə tutulduğunu və bunlardan dördünün – turizm, kənd təsərrüfatı, qida sənayesi, səhiyyə sahəsi olduğunu bildirib.
Görüşdə qeyd olunub ki, bu il Bakıda 25-ci İBF Forumu keçiriləcək. Forumda xaricdən və Azərbaycandan 150-yə yaxın şirkət iştirak edəcək.*
E.Şəfiyev