Azərbaycanın əsas bank qruplarından birinin iştirakı ilə yaradılmış Bank Fondu Böyük Britaniyanın “Credinvest” şirkətinin səhmlərinin 40%-ni əldə edib.
“Ritzherald” nəşrinin məlumatına görə, Londonda mənzillənmiş “Credinvest” əsas beynəlxalq fond bazarlarında kreditlərin sekyuritizasiyası sektorunda aktiv şəkildə fəaliyyət göstərən müstəqil şirkətdir.
Sövdələşmə Azərbaycan bank qrupunun kommersiya kreditlərinin (“Standard and Poor’s” agentliyinin sonuncu hesabatına əsasən, dəyəri $830 milyardı ötür) sekyuritizasiyası bazarına çıxışına yönəlib.
Sövdələşmənin şərtləri məxfi olsa da, satış məbləği açıqlanıb və 400 milyon funt təşkil edir. Bu isə sekyuritizasiya üzrə müstəqil şirkət almaq üçün rekord məbləğlərdən biridir. Yeni səhmdar şirkətin nəzarət səhm paketinə malik olmasa da, ən mühüm qərarları bloklaya biləcək, habelə Şuraya öz üzvlərini təyin etmək hüququna malik olacaq.
Məqalədə deyilir ki, fond Şuranın yeni tərkibinin təyin edilməsi üçün yaxın vaxtlarda səhmdarların yığıncağının çağırılması ilə bağlı müraciət edib.*
E.Şəfiyev