30 iyun 2021-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 864,683 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 5,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun sonuna bankın kredit portfeli 256,059 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 19,2% - İF) bərabərdir. Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 495,656 milyon manat (artım 11,6%) təşkil edir.
30 iyun 2021-ci il tarixinə bankın öhdəlikləri 758,928 milyon manat (azalma 5,3%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 590,12 milyon manata (azalma 7,8%) bərabərdir.
İyunun 30-na bankın kapitalı 105 milyon 755,26 min manat (artım 1,5%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
I yarımillikdə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 1 milyon 113,38 min manat (2020-ci ilin I yarısının sonuna olan göstərici ilə müqayisədə azalma 3 dəfə- İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.**
X.Nəsirzadə