“ADY Express” MMC (“Azərbayacan Dəmir Yolları” QSC-nin törəməsi) “Holcim Azərbaycan” ASC-in zavodunda istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana nəqlinə başlayıb.
“ADY Express” sementin daşınması üçün 50 vaqon ayırıb. Hər ay 4 belə daşımanın həyata keçirilməsi planlaşdırılır. “ADY Express” hər ay “Holcim Azərbaycan”ın istehsal etdiyi 15 min ton sementin Gürcüstana nəql edilməsi planlaşdırılır”, - MMC-nin məlumatında qeyd olunur.
Yük Qaradağ stansiyasında yarımvaqonlara yüklənərək Gürcüstanın Kaspi yük stansiyasına çatdırılır. Yüklərin Gürcüstana nəqli və vaqonların geri dönməsi adətən 6-7 günə həyata keçirilir. **
N.Abbasova