2021-ci ilin yanvar-iyun aylarında Dövlət Vergi Xidmətinin büdcədənkənar fonduna daxilolmalar 47 milyon 644,87 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a DVX-dən məlumat verilir.
Bu dövrdə fonda daxil olan ümumi həcmdən 44 milyon 347,738 min manat sərf olunub.
Həmçinin, bu dövrdə daha çox vəsait – 24 milyon 272,354 min manat ştatda olan əməkdaşların əmək haqqlarının ödənilməsinə yönəldirilib.
Daha 3 milyon 501,069 Xidmətin ştatdankənar əməkdaşlarının əmək haqqlarına, 6 milyon 272,263 min manat – sosial ödənişlərə, 6 milyon 865,342 min manat – qeyri-yaşayış binalarının tikintisi, qalanı – digər məqsədlərə yönəldilib.
2021-ci il iyunun 30-na fondun qalıq vəsaiti 3 milyon 297,132 min manat təşkil edir. **
A.Əzizov