2020-ci ilin yekunları üzrə "Baku Crystal Hall" MMC-nin xalis mənfəəti 7 min 204,16 manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, cəmiyyətin dərc olunmuş maliyyə hesabatına əsasən, 2020-ci ildə onun əməliyyat gəlirləri 2 milyon 984 min 124,94 manat (azalma 9,4%), əməliyyat xərcləri 2 milyon 975 min 119,74 manat (azalma 9,4%) təşkil edib.
Ötən il "Baku Crystal Hall" MMC-nin əməliyyat mənfəəti 9 min 5,2 manat, mənfəət vergisi üzrə ödənişləri 1 min 801,04 manat məbləğində olub.
Hesabat ilində cəmiyyətin aktivləri 0,03% - 174 milyon 229 min 781,85 manatadək azalıb, qısamüddətli aktivləri 5 milyon 118 min 55,76 manat, uzunmüddətli aktivləri 169 milyon 111 min 726.09 manat təşkil edib.
2020-ci ilin sonuna cəmiyyətin öhdəlikləri 105,914 min manat (artım 6,1%) məbləğində qiymətləndirilir.
1 yanvar 2021-ci il tarixinə "Baku Crystal Hall" MMC-nin kapitalı 174 milyon 123 min 867,84 manata (azalma 0,04%), nizamnamə kapitalı 191 milyon 567 min 449,92 manata (dəyişməyib), yığılmış zərəri 17 milyon 443 min 582,08 manata (artım 0,4%) bərabər olub.
Baku Crystal Hall - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleks geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulub. “Baku Crystal Hall” “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilib.**
X.Nəsirzadə