Oğuz Rayon İcra Hakimiyyəti təmir və abadlıq işlərinin həyata keçirilməsi məqsədilə iki şirkət cəlb edib. Həmin şirkətlərlə imzalanmış müqavilələrin ümumi dəyəri 919,301 min manatdır.
“İntrerfaks-Azərbaycan”ın məlumatına görə, www.tender.gov.az saytına əsasən, «Ugan” MMC ilə şəhər yollarının təmirinə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 567,496 min manatdır.
"İş inşaat" MMC ilə imzalanmış ikinci müqavilənin predmeti Oğuzşəhərində abadlıq, yaşıllaşdırma və işıqlandırma işlərinin həyata keçirilməsidir. Müqavilənin dəyəri – 351,805 min manatdır. **
X.Nəsirzadə