Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
“Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edildi», - məlumatda deyilir.
Bundan başqa, Əliyev və Overçuk Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunaraq, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğuladılar.
«Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olundu, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirildi”, - məlumatda vurğilanır.
Bundan başqa, söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. **
X.Nəsirzadə