Çərşənbə axşamı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf naziri Əhməd Süleyman Əl Raci arasında danışıqlar baş tutub.
Danışıqlar onlayn formatda keçirilib. Nəticədə, iki nazirlik arasında əmək sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verir.
Görüşdə Babayev əmək və fəal təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəflər arasında potensialın olduğunu vurğulayıb. Onun sözlərinə görə, Memorandum əmək sahəsində əməkdaşlığın perspektivlərini müəyyən edir. **
E.Şəfiyev