Yaponiyanın Bakıdakı səfiri Cuniçi Vadanın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbərliyi ilə görüşü zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Fondun məlumatında qeyd olunur ki, görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.
Bundan başqa, Vada Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.
Öz növbəsində, AZPROMO-nun rəhbəri Yusif Abdullayev ixracın dəstəklənməsi istiqamətində qurum tərəfindən görülən işlər, “Made in Azerbaijan” brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. **
E.Şəfiyev