Çərşənbə axşamı Azərbaycanda 31 nəfərdəkoronavirusun "Delta" ştammı aşkar olunub. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə açıqlamasında qeyd olunur.
“Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunyub», - məlumatda deyilir.
Bundan başqa, qeyd olunur ki, xaricindən gələn şəxslərdən alınmış nümunələrdən daha 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub. **
X.Nəsirzadə