Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat yayıb.
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub”, - deyə məlumatda bildirilir.
Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.*
X.Nəsirzadə