“Bank BTB” ASC 2021-ci ilin I yarısında aktivlərini 0,3% - 354,933 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il iyunun 30-na bankın kredit portfeli 237,177 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 15,1%) təşkil edib.
Bankın öhdəlikləri 300,045 milyon manata (azalma 0,7%) bərabərdir. Hesabat dövrünün sonuna bankda depozitlər 138,655 milyon manat (azalma 0,5%) təşkil edib.
İyulun əvvəlinə “Bank BTB”nin kapitalı 54,888 milyon manata (artım 1,7%), nizamnamə kapitalı 66,45 milyon manata (dəyişməyib) bərabərdir.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti ötən ilin müvafiq dövründə 107 min manat məbləğində zərərə qarşı 538 min manat təşkil edib.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
X.Nəsirzadə