Prezident İlham Əliyev bildirib ki, bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunacaq.
“Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili ev və mənzillərlə təmin olunacaq”, - deyə o, bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında bildirib.
Prezident qeyd edib ki, Xocasən qəsəbəsindəki kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir.
“Keçən il 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub”, - deyə İ.Əliyev qeyd edib.
Xocasən qəsəbəsindəki yaşayış kompleksi 810 mənzildən ibarətdir. 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır.*
X.Nəsirzadə