Prezident İlham Əliyev bildirib ki, bu il 5 mindən çox şəhid ailəsinin üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunacaq.
“Son illər ərzində ölkəmizdə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir. Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq. Dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri vardır”, - deyə dövlət başçısı bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında qeyd edib.*
X.Nəsirzadə