Ermənistan silahlı qüvvələrinin iki hərbçisi Azərbaycanla sərhədin cənub-şərq istiqamətində itkin düşüb, onların Azərbaycan ərazisində olması ehtimalı nəzərdən keçirilir.
“İyulun 14-də hərbi avtomobildə xidməti vəzifələrini yerinə yetirən Artur Nalbandyan və Aramais Torosyan adlı hərbçilərlə əlaqə itib. Dərhal axtarış-xilasetmə əməliyyatları başlayıb, lakin hələ nəticə yoxdur. Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə erməni hərbçilərin Azərbaycan ərazisində olması ehtimalı müzakirə edilir”, - deyə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, hərbçilər silahsız olub.*