Azərbaycanda koronavirus infeksiyasına 146 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 337,602 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 133 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb. Ölənlərin ümumi sayı 4988 nəfər təşkil edir.
Virusa yoluxmuş 330,946 min nəfər (sutka ərzində +73) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 668 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046 (ötən gün 9365 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 876,962 min test aparılıb.*
X.Nəsirzadə