Prezident İlham Əliyev iyulun 14-də Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.
Dövlət başçısı Tbilisi və Bakı şəhərlərinin qardaşlaşmasını alqışlayıb.
“Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır. Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur”, - deyə İ.Əliyev vurğulayıb.
Kaladze Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib. O qeyd edib ki, Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
“Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam”, - deyə mer bildirib.*
E.Şəfiyev