Rusiyaya Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu veriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“İyulun 13-14-də Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda onlayn formatda keçirilən aralıq konfransının yekunları üzrə Siyasi Bəyannamə qəbul edilib. Siyasi Bəyannamə ilə, həmçinin Rusiya Federasiyasının müraciətinə uyğun olaraq bu ölkəyə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusu verilir”, - deyə məlumatda bildirilir.
Bəyannamədə qeyd olunur ki, təşkilatın növbəti Zirvə görüşü 2023-cü ilin sonunda Uqandada keçiriləcək.
Qoşulmama Hərəkatı - özlərinin heç bir hərbi-siyasi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, 20-yə yaxın ölkənin müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.*