Azərbaycan Qırğızıstana 40 min doza AstraZeneca peyvəndinin verilməsini nəzərdə tutan humanitar yardım göstərməyi planlaşdırır.
“Xarici işlər naziri Ruslan Kazakbayevin bu yaxınlarda Bakıya rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların inkişafı, habelə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədi ilə Azərbaycan Qırğızıstana humanitar yardım çərçivəsində 40 min doza AstraZeneca vaksini verməyi planlaşdırır”, - deyə Qırğızıstan XİN-in məlumatında bildirilir.
Hazırda tərəflər vaksinin saxlanma şəraiti və daşınma tələblərinin təmin edilməsi üçün logistika məsələləri üzərində işləyirlər.
“Qırğızıstan vaksinin təmənnasız verilməsinə görə Azərbaycana səmimi təşəkkürünü bildirir. Bu, 20 min qırğızın həyatını və təhlükəsizliyini qorumağa imkan verəcək”, - deyə XİN qeyd edir.*
N.Abbasova