Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri yenidən atəşə tutulub.
“İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb”, - nazirlikdən qeyd olunur.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”, - nazirlikdən vurğulanır. **
X.Nəsirzadə