2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM 2,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyunda iqtisadiyyatın neft sektorunda əlavə dəyər 4,7% azalıb, qeyri neft-qaz sektorunda isə 5,1% artıb.
Statistik məlumatlara görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 39 milyard 915 milyon manat təşkil edib.
ÜDM istehsalının 39,9%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,1%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 987,6 manata bərabər olub.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə ÜDM-in artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.**
R.Əhmədov