2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qaz-kondensatla birlikdə 17 milyon 176,8 min ton neft hasil edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin, 17 milyon 144,8 min ton əmtəəlik neft (azalma 3,7%) hasil edilib.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 20 milyard 355,3 kubmetr qaz (artım 5,1%) hasil edilib. O cümlədən, əmtəəlik qaz hasilatı 14 milyard 996,7milyard kubmetr (artım 8,8%) həcmində olub.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft, 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.**
N.Abbasova