Azərbaycan 2021-ci ilin yanvar-may aylarında 11 milyon 777,3 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $5 milyard 166 milyon 234 min (artım 43,6%) təşkil edib.
Cari ilin yanvar-may aylarında Azərbaycan 7 milyard 655,9 milyon kubmetr (artım 34,8%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 milyard 234 milyon 117,9 min (azalma 0,1%) təşkil edib.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.**
N.Abbasova