İyulun 15-dən Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq 2020-ci ilin mart ayından fəaliyyət göstərməyən şəhərlərarası (rayonlararası) gecə reysləri bərpa olunur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat verir.
Məlumata əsasən, gecə reysləri Qırmızı Körpü (Gürcüstan sərhədi – İF) və Şəki istiqamətində həyata keçiriləcək.
“Qırmızı Körpü istiqamətinə gecə reysləri 4 marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq. Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür", - məlumatda qeyd edilir. **
E.Şəfiyev