2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 374,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 40,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1 milyon 702 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% çoxdur.
Yanvar-iyun aylarında 12,3 min ton (artım 33,7%) tikinti gipsi, 37 min ton (artım 76,2%) sementdən kərpic və tikinti blokları, 1milyon 230,1 min ton (artım 41,6%) hazır beton qarışığı, 17,5 min ton (artım 29,6%) tikinti əhəngi, 276,1 min kubmetr (artım 16,8%) tikinti kərpici, 18,601 ton (artım 83,1%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 36,7 min ton yığma beton konstruksiya (artım 2,1 dəfə) istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 43,3% (40,3 min ton), azalma qeydə alınıb.**
X.Nəsirzadə