Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstanın yeni səfiri Amanullah Ceyhun ilə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.
“General-polkovnikZ.Həsənov Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Əfqanıstana nəqliyyat və logistik dəstəklə yanaşı Azərbaycanın eyni zamanda NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı ilə də töhfə verdiyini qeyd edib”, - MN-nin məlumatında deyilir.
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Həmçinin, səfir əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində təhsil almalarının əhəmiyyətini vurğulayıb. **
E.Şəfiyev