2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 27 milyard 580,7 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 4,3% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-iyun aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 0,1% - 2 min 755,4 manata qədər azalıb.
Yanvar-iyun aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 24 milyard 780 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 0,3% azdır.
2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.**
X.Nəsirzadə