2020-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MİDA” MMC-nin xalis mənfəəti 5 milyon 223,947 min manat təşkil edib ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 2,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
Cəmiyyətin auditdən keçmiş maliyyə hesabatına əsasən, 2020-ci ilin yekunları üzrə MİDA-nın əməliyyat zərəri 1 milyon 603,388 min manat (2019-cu illə müqayisədə azalma 32,4%) təşkil edib. Bununla belə, ötən il ərzində maliyyə gəlirləri 10 milyon 76,601 min manat (artım 30,5%) məbləğində olub.
2020-ci ildə Agentlik mənfəət vergisi üzrə ödənişlər həyata keçirməyiblər.
1 yanvar 2021-c il tarixinə cəmiyyətin aktivləri 361 milyon 606,967 min manata (artım 76%), o cümlədən qısamüddətli aktivləri 241 milyon 742,399 min manata (artım 2,7 dəfə), uzunmüddətli aktivləri 119 milyon 882,568 min manata bərabərdir.
2020-ci ilin sonuna MİDA-nın öhdəlikləri 17 milyon 531,022 min manat təşkil edib.
Agentliyin kapitalı 344 mln. 75,945 min manata (artım 2 dəfə), həmçinin, nizamnamə kapitalı – 100 milyon manat, bölüşdürülməmiş mənfəəti 13 mln. 578,474 min manata, dövlət büdcəsindən daxilolmalar 230 mln. 497,471 manata bərabərdir (artım 3,7 dəfə - İF).
“MİDA” MMC 2016-cı ilin aprel ayında yaradılıb. MİDA-nın yaradılmasının əsas məqsədi ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə icazə vermək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təmin etməkdir.**
X.Nəsirzadə