Azərbaycanda koronavirus infeksiyasına 199 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 337,801 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 146 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 4 990 nəfər təşkil edir.
Virusa yoluxmuş 330,02 min nəfər (sutka ərzində +74) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 791 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 093 (ötən gün 9046 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 886,055 min test aparılıb.**
X.Nəsirzadə