Cümə axşamı Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu (sərhəddə) istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Nazirlikdən bildirilir ki, “qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb”.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”, - nazirlikdən vurğulanır. **
E.Şəfiyev