2021-ci ilin birinci yarısında Hesabalama Palatası tərəfindən aparılan yoxlamalar nəticəsində 12,4 milyon manat dövlət vəsaitinin bərpası təmin edilib.
“Hesablama Palatasının 2021-ci ilin ilk 6 ayında və əvvəlki illərdə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq hesabat dövründə ümumilikdə 12,4 mln. manat, o cümlədən pul ifadəsində 10,3 mln. manat, natura ifadəsində isə 2,1 mln. manat dövlət vəsaitinin bərpası təmin edilib”, - Palatanın materillarında deyilir.
2021-ci ilin İş Planına əsasən hesabat ilinin ilk altı ayında Hesablama Palatasının Kollegiyası tərəfindən 28 auditin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş, 11 auditin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilib.
Büdcə qanunvericiliyinin tələblərinə riayət edilməməsi və dövlət vəsaitlərinin istifadəsi ilə bağlı nöqsanlar üzrə nəzarət obyektləri tərəfindən icra prosesində vəsaitlərin təyinatının yenidən müəyyən edilməsi, bəzi xərc istiqamətləri üzrə (xüsusilə investisiya xərcləri) vəsaitlərin icra səviyyəsinin aşağı olması, tələbatın düzgün müəyyən edilməməsi səbəbindən dövlət əmlakının və alınmış mal-materialların istifadəsiz qalması ilə səmərəsiz xərclərə yol verilməsi faktları müəyyən olunub.
Məlumata əsasən, Hesablama Palatasının kollegiyası tərəfindən ümumilikdə 15,1 mln. manatı əhatə edən maliyyə pozuntularına dair müvafiq tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul edilib. “Nəzarət tədbirinin nəticəsi üzrə 2 halda materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - Palatadan qeyd olunur. **
E.Şəfiyev