Prezident İlham Əliyev Məftun Abbasovu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Prezident İlham Əliyev 2021-ci il iyunun 22-də “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərman imzalayıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondu 1 milyon manatdır.
İdarənin fəaliyyətinə rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.*
E.Şəfiyev