2021-ci ilin yanvar-iyun aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 39,5 milyon manat ($23,2 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Bu ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,3 milyon manat təşkil edib və yarımillik proqnoz 72,8% icra edilib”, - deyə məlumatda bildirilir.
Dövlət əmlakının icarəsindən isə büdcəyə 7,2 milyon manat ödənilib və yarımillik proqnoza 134,2% əməl olunub.
2021-ci ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirilib. Hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, 1-i yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir. Cari ilin ilk 6 ayı ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb”, - deyə məlumatda qeyd olunur.*
E.Şəfiyev