2021-ci ilin birinci yarısında SOCAR 8 milyon 668,478 min ton neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2020-ci ilin yanvar-iyun aylarında SOCAR tərəfindən 10 milyon 430,312 min ton neft ixrac olunub. Beləliklə, 2021-ci ilin hesabat dövründə şirkət neft ixracını 16,9% azaldıb.
Hesabat dövründə Heydər Əliyev adına Bakı NEZ-də neft emalının həcmi 3 milyon 257,864 min ton (artım 8,5%) təşkil edib.
Bundan başqa, I yarımillikdə SOCAR 1 milyon 424,294 min ton neft emalı və neft-kimya məhsulları (artım 18,2% - İF) ixrac edib.
2021-ci ilin II rübündə SOCAR 4 milyon 196,277 ton neft (2020-ci ilin aprel-iyun ayları ilə müqayisədə azalma 16,7%) və 755,713 min ton neft emalı və neft-kimya məhsulları (artım 12,3%) ixrac edib.
2020-ci ildə SOCAR 17 milyon 878,048 min ton neft (azalma 15,2%) və 2 milyon 409,442 min ton neft emalı və neft-kimya məhsulları (artım 7,9%) ixrac edib.
SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir.*
N.Abbasova