Azərbaycanda koronavirus infeksiyasına 169 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 337,970 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 199 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb. Ölənlərin ümumi sayı 4990 nəfər təşkil edir.
Virusa yoluxmuş 331,112 min nəfər (sutka ərzində +92) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 868 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8628 (ötən gün 9093 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 894,683 min test aparılıb.*
X.Nəsirzadə