Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Laboratoriyada kiber təhlükəsizliklə bağlı proseslər araşdırılacaq, bu sahə üzrə mütəxəssislər hazırlanacaq, baş verə biləcək kiber hücumlara qarşı həmlələr həyata keçiriləcək.
Həmçinin sistemlərdəki boşluqların yoxlanılması, təhlükəsizlik auditi xidmətinin göstərilməsi planlaşdırılır.*
E.Şəfiyev