Son vaxtlar Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür. Bu sözləri müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşdə deyib.
Görüşdə hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə