Azərbaycan Tacikistan və Bosniya və Herseqovinaya ayrı-ayrılıqda 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcək. AZAL təyyarələri ilə Tacikistana və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq”, - deyə "Azərbaycan Hava Yolları" QSC-nin məlumatında bildirilir.
Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda Düşənbə şəhərinə həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl Azərbaycan “AstraZeneca” peyvəndini Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürüb.*
E.Şəfiyev