Azərbaycanda koronavirus infeksiyasına 213 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 338,183 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 169 yoluxma faktı qeydə alınmışdı.
Sonuncu dəfə Azərbaycanda koronavirusa 200-dən çox yoluxma faktı (242 nəfər) mayın 28-də qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 4991 nəfərə çatıb.
Virusa yoluxmuş 331,2 min nəfər (sutka ərzində +88) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 992 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10817 (ötən gün 8628 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 905,5 min test aparılıb.*
X.Nəsirzadə