Azərbaycan qazının Avropa bazarına ixrac həcmi artırılacaq. Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin başa çatması mühüm tarixi hadisə oldu.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. TAP CQD layihəsinin bir hissəsidir və $38 milyard dəyərində qiymətləndirilir.
Avropaya illik 10 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulub. Bundan başqa, ildə 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayında başlanılıb.
Azərbaycan 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.*
A.Salayeva