Azərbaycanda koronavirus infeksiyasına 255 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 338,438 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 213 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 4992 nəfərə çatıb.
Virusa yoluxmuş 331,294 min nəfər (sutka ərzində +94) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 152 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9319 (ötən gün 10817 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 914,819 min test aparılıb.*
A.Salayeva