Cənubi Qafqazda bütün kommunikasiyaların eyni zamanda açılması münaqişədən sonrakı həll mərhələsində çox vacib bir məqamdır və bu, 10 noyabr tarixli bəyanatda vurğulanır, bu baxımdan ayrı-seçkilik olmamalıdır. Bunu Prezident İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısının sözlərinə görə, bölgədəki bütün kommunikasiyaların paralel olaraq açılması Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq, Azərbaycan üçün isə Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradacaq.
“Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmanı dəstəkləyir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq. Bundan sonra regionda sabitlik və təhlükəsizlik reallığa çevriləcək. Bizim istədiyimiz budur”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov